Vüqar Həşimovun Novxanıda evdə partlayışda xəsarət alan valideynlərinin vəziyyəti açıqlanıb
Dekabrın 3-də Novxanıda evdə baş verən partlayış nəticəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
TƏBİB-dən Sizinxeber.az-ya verilən məlumata görə, evdə partlayış baş verməsi səbəbilə xəsarət alan 1949-cu il təvəllüdlü şəxsin (kişi cinsli) müalicəsi Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsində davam etdirilir.
Qeyd olunub ki, onun vəziyyəti hazırda ağır-stabildir: ”Bədən səthinin 55%-ni əhatə edən 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən şəxsin yaraları cərrah tərəfindən izlənilir”.
Bundan başqa, Yeni Klinikaya təxliyə olunan 1959-cu il təvəllüdlü şəxsin isə (qadın cinsli) müalicəsi Reanimasiya şöbəsində aparılıb. Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Daha sonra ailə üzvlərinin istəyi ilə özəl tibb müəssisələrindən birinə təxliyə olunub.
Qeyd edək ki, hadisə dekabrın 3-də Abşeron rayonu, Novxaları bağlarında fərdi yaşayış evində qeydə alınıb. Evdə olan 2 nəfər xilasedicilər tərəfindən çıxarılaraq xəstəxanaya göndərilib.
Hadisə zamanı xəsarət alan şəxslərin mərhum şahmat ustası Vüqar Həşimovun valideynləri Aidə Həşimova və Qasım Həşimov olduğu açıqlanıb.
Oxşar xəbərlər
Sumqayıtda və Novxanıdakı partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Daşkəsəndə binada qaz sızmasından partlayış olub, xəsarət alan var - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qubada mikroavtobusla avtomobil toqquşub, 1 nəfər ölüb, xəsarət alan 14 nəfərdən 8-nin vəziyyəti ağırdır - YENİLƏNİB 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lənkəran Xəstəxanası bu gün baş vermiş qəzalarda xəsarət alanlarla bağlı açıqlama verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lənkəran Xəstəxanası bu gün baş vermiş qəzalarda xəsarət alanlarla bağlı açıqlama verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












