Şabranda Türkiyə vətəndaşının idarə etdiyi "TIR" yanıb
sizinxeber.az xəbər saytı

Şabranda Türkiyə vətəndaşının idarə etdiyi "TIR" yanıb


Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödəniş magistral yolun Şabran rayonu ərazisindən keçən hissəsində yük avtomobili yanıb.

Sizinxeber.az-nın Şimal bürosu xəbər verir ki, 37 yaşlı Türkiyə vətəndaşı Faruk Dinçin idarə etdiyi "Volvo" markalı yük avtomobili qəfil alışıb. Alov qısa zamanda nəqliyyat vasitəsinin qoşqusunu da əhatə edib. Əraziyə FHN-nin əməkdaşları cəlb olunub, yanğın məhdudlaşdırılıb.

Hadisə zamanı nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Şabranda Türkiyə vətəndaşına məxsus TIR yanıb
Bakıda minik avtomobili yanıb
Şəmkirdə yük avtomobili beton arakəsməyə çırpılıb
Siyəzəndə minik avtomobilləri toqquşub, ölən var
Naxçıvanda yük avtomobili 34 yaşlı kişini vuraraq öldürüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər