DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə DOST Agentliyinin, Bakı şəhəri, Abşeron və Bərdə rayonlarında olmaqla 7 DOST Mərkəzinin, Zəngilanın Ağalı kəndində “Smart DOST” xidmət məntəqəsinin, bu ilin iyun ayında Qarabağ Regional DOST Mərkəzinin Şuşa filialının açıldığını vurğulayıb. O, DOST xidmətləri şəbəkəsinin genişləndirilməsi işlərinin davam etdirildiyini diqqətə çatdırıb.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sayəsində dövlət sosial xidmətlərinin müasir və çevik, tam şəffaf mexanizmlər üzərindən, “bir pəncərə”dən, innovativ əsasda təqdim edildiyi bildirilib.
DOST mərkəzlərində ötən dövrdə 3,2 milyon vətəndaşa xidmət göstərildiyi, bu xidmətlərdən vətəndaş məmnunluğunun 98,4 faiz olduğu, DOST konsepsiyasının 60-dan çox beynəlxalq mükafat və sertifikatla təltif olunduğu, onlardan 12-nin “Avropa üçün yaxşı təcrübə mükafatı” olduğu qeyd edilib.
Dünyada Azərbaycanın yeni brendi kimi tanınan DOST təcrübəsini tətbiq etməyə maraq göstərən ölkələrin sayının artmaqda olduğu bildirilib.
İclasda DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Agentliyin fəaliyyəti ilə bağlı 2024-cü il üzrə hesabatı təqdim edib. DOST Agentliyinin fəaliyyətinə dair bir sıra məsələlər, strateji məqsədlər və prioritetlər müzakirə olunub.
Oxşar xəbərlər
Rusiya nümayəndə heyəti 5 saylı Bakı DOST Mərkəzində olub
Niger dövlət başçısının xüsusi müşaviri 1 saylı Bakı DOST Mərkəzində olub
DOST Agentliyinin yaradılmasından 6 il ötür
Qarabağ Regional DOST Mərkəzinin açılışından 1 il ötür
Yeni DOST, reabilitasiya, peşə hazırlığı mərkəzləri yaradılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












