Şahdağda qarın hündürlüyü 16 sm-ə çatıb - FAKTİKİ HAVA
sizinxeber.az xəbər saytı

Şahdağda qarın hündürlüyü 16 sm-ə çatıb - FAKTİKİ HAVA


Milli Hidrometeorologiya Xidmətinin dekabrın 29-u saat 11 : 00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Xidmətdən Sizinxeber.az-ya verilən xəbərə görə, düşən yağıntının miqdarı Balakəndə 19, Zaqatalada 11, Kəlbəcərdə 7 , Laçında 4 , Quba, Xocalı, Neftçala, Qusar, Qobustan, Qəbələ, Şəki, Şamaxı, Xaltan, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Şabran, Gəncədə 2 mm, Bakıda və Abşeron yarımadasında isə 3 mm-dir.

Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Şahdağda 16, Quba 7, Şahbuzda 6, Qaxda 5 sm-dir.

Sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 17 m/s, Naftalanda 18 m/s-dək güclənib. Sumqayıt, Binə, Pirallahı, Şərur, Hacıqabul, Daşkəsən, Göygöl, Zaqatala, Naxçıvan, Şəmkir, Balakən, Qax, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Qrız, Yevlax, Göyçayda duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 4, dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.

Oxşar xəbərlər

Yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
Bakı və Abşeronda hava çiskinlidir, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Şahdağın 3000 metrdən yüksək dağlıq ərazilərinə qar yağıb - FAKTİKİ HAVA
Külək güclənib - FAKTİKİ HAVA - YENİLƏNİB
Yağış yağır, Şəmkirçaydan sel keçir - FAKTİKİ HAVA - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər