Stüardessa Hökümə Əliyevanın iş yoldaşı: Bu cür səssiz, sakit qız bütün ölkəyə səs saldı - VİDEO
sizinxeber.az xəbər saytı

Stüardessa Hökümə Əliyevanın iş yoldaşı: Bu cür səssiz, sakit qız bütün ölkəyə səs saldı - VİDEO


Bu cür səssiz, sakit bir qız bütün ölkəyə səs saldı.

APA xəbər verir ki, bunu Aktauda aviaqəzada həlak olan təyyarə bələdçisi Hökümə Əliyevanın iş yoldaşı Leyla Rzayeva deyib.

O bildirib ki, Hökümə Əliyeva öz vəzifə borcunu ləyaqətlə yerinə yetirib, bunun üçün də hamının qürur yeridir: “Hökümə kimi sakit, səssiz bir qızın qəhərli, həyəcanlı səslə sərnişinlərə təlimat verib, onları sakitləşdirməyə, ümid verməyə çalışması inanılmazdır. Özü də qəza enişi olacağını bilə-bilə...”, o qeyd edib.

Təyyarə bələdçisi sərnişinlərə də çağırış edib: “Biz - təyyarə bələdçilərinin əsas vəzifəsi sərnişinlərin təhlükəsizliyini təmin etməkdir. Sərnişinlərin sağlamlığı bizim məsuliyyətimizdədir. Təyyarə bələdçilərinin təlimatlarını diqqətlə dinləyib, əməl etmək lazımdır.

Bilirsiniz, təyyarədə qəza enişi planlı və planlaşdırılmamış olur. Bütün hallarda pilotlar bu barədə bələdçilərə bildirirlər. Bu qəza enişinin planlı, yoxsa planlaşdırılmamış olduğunu isə bilmirəm”.

Oxşar xəbərlər

Stüardessa Hökümə Əliyevanın iş yoldaşı: Bu cür səssiz, sakit qız bütün ölkəyə səs saldı
İsrail nümayəndəsi: BMT İranın təhdidlərinə səssiz qalıb
Qəzada həlak olan Hökümə Əliyevanın anası: “Həmişə deyirdi ki, mənimlə fəxr edin”
Təyyarə qəzası: Ölən və yaralananlar, Azərbaycan rəhbərliyinin çevik reaksiyası, Qazaxıstanın qardaş dəstəyi - REZUME
Təyyarə qəzası nəticəsində həlak olan sərnişinlərdən 4 nəfərin cənazəsi və daha 7 yaralı ölkəyə gətirilib - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər