Tibb müəssisələri üçün qablaşdırılmış dərmanların pərakəndə satışına görə 9000 manatadək cərimə tətbiq olunacaq
Tibb müəssisələri üçün qablaşdırılmış dərman vasitələrinin pərakəndə satışına görə 9000 manatadək cərimə müəyyənləşəcək.
Sizinxeber.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi təklif edilən yeni 221.1-1 və 221.3-1-ci maddələrində əksini tapıb.
Layihəyə əsasən, tibb müəssisələri üçün qablaşdırılmış dərman vasitələrinin pərakəndə satışına görə inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə ediləcək.
Bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərərin vurulmasına görə inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min manatdan doqquz min manatadək məbləğdə cərimə ediləcək
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Tibb müəssisələri üçün qablaşdırılmış dərman vasitələrinin pərakəndə satışına görə cərimələr müəyyənləşir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Reyestrə daxil edilməyən dərmanların reseptə yazılmasına görə cərimə tətbiq olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Erkən evliliklə bağlı mərasimlərin keçirildiyi restoran və şadlıq sarayları cərimələnəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət reyestrinə daxil edilməyən dərman vasitəsinin reseptə yazılmasına görə cərimələr artırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Reyestrsiz dərmanın reseptə yazılmasına görə cərimələrin artırılması ilk oxunuşda təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












