Reyestrsiz dərmanın reseptə yazılmasına görə cərimələrin artırılması ilk oxunuşda təsdiqlənib
Dövlət reyestrinə daxil edilməyən dərman vasitəsinin reseptə yazılmasına görə cərimələr artırılır.
"Sizinxeber.az" xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, "Dərman vasitələri haqqında" qanunda nəzərdə tutulan hal istisna olmaqla, dərman vasitələrinin dövlət reyestrinə daxil edilməyən dərman vasitəsinin reseptə yazılmasına görə vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.
Dərman vasitəsinin Azərbaycan dilində olan istifadə təlimatı qablaşdırmanın içərisində və ya qablaşdırmanın yanında dərman vasitəsini müşayiət etmədiyi təqdirdə, həmin dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi tərəfindən aptek təşkilatının Azərbaycan dilində olan istifadə təlimatı ilə təmin edilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.
Layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul olunub.
Oxşar xəbərlər
Dövlət reyestrinə daxil edilməyən dərman vasitəsinin reseptə yazılmasına görə cərimələr artırılır
Reyestrə daxil edilməyən dərmanların reseptə yazılmasına görə cərimə tətbiq olunacaq
Tibb müəssisələri üçün qablaşdırılmış dərman vasitələrinin pərakəndə satışına görə cərimələr müəyyənləşir
Bioloji aktiv qida məhsullarının reseptə yazılmasına görə cərimələr artırılır
MM məişət tullantılarının kənara atılmasına görə cərimələrin artırılmasını təsdiqləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













