Prokurorluq əməkdaşlarının mükafatlandırma mərasimi olub
sizinxeber.az xəbər saytı

Prokurorluq əməkdaşlarının mükafatlandırma mərasimi olub


Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən təltif edilmiş, habelə beynəlxalq tədbirlərin keçirilməsində fəal iştirakına görə həvəsləndirilmiş prokurorluq əməkdaşlarının mükafatlandırma mərasimi keçirilib.

APA xəbər verir ki, mərasimdə Baş prokuror Kamran Əliyev və digər prokurorluq əməkdaşları iştirak ediblər.

Baş prokuror Kamran Əliyev qeyd edib ki, Prezident İlham Əliyevin prokurorluq əməkdaşlarını təltif etməsi böyük diqqət və etimadın göstəricisidir: “Bu gün prokurorluq əməkdaşları üçün çox əlamətdar hadisədir. Bildiyiniz kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 14 əməkdaşımız təltif edilmişdi. Prokurorluq əməkdaşları heç vaxt xalq qarşısında öz xidmətlərini əsirgəməyiblər. Daim çalışmışıq ki, bu şəxslər barədə öz vəzifələrimizi vicdanla yerinə yetirək. Prokurorluq orqanına daim böyük etimad göstərilib. Bu etimadı gələcəkdə də doğruldacağımıza inanırıq”.

Baş prokuror çıxışında BMT-nin Baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru və Vyana ofisinin rəhbəri Qada Valinin ona məktub göndərdiyini deyib: “Qada Vali geniş məktubda Azərbaycanda gördüyü inkişafdan, mütərəqqilikdən, tarixi ənənələrin qorunub saxlanılmasından, COP29-un yüksək səviyyədə keçirilməsindən bəhs edib və gələcəkdə də əməkdaşlığın davam etdiriləcəyini bildirib”.

Kamran Əliyev 2025-ci ilin may ayında BMT-nin Antikorrupsiya Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE) növbəti Plenar Görüşünün Bakıda keçiriləcəyini və sözügedən tədbir çərçivəsində 500-ə yaxın yüksək vəzifəli şəxslərin Bakıya gəlişinin planlaşdırıldığını deyib.

Daha sonra Baş prokuror Kamran Əliyev mükafatları əməkdaşlara təqdim edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30.09.2024 tarixli Sərəncamı ilə üç nəfər prokurorluq əməkdaşı “Tərəqqi” medalı ilə, on bir nəfər isə “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Oxşar xəbərlər

Kamran Əliyev prokurorluq əməkdaşlarını təltif edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prokurorluq əməkdaşları ağacəkmə kampaniyası keçirib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il 8 prokurorluq işçisi cəzalandırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş Prokurorluqda şəhid prokurorluq əməkdaşlarının ailə üzvləri, veteranlar və Vətən müharibəsində iştirak edən işçilərlə görüş olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş prokuror Sumqayıtda vətəndaşları qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər