Baş prokuror Sumqayıtda vətəndaşları qəbul edib
sizinxeber.az xəbər saytı

Baş prokuror Sumqayıtda vətəndaşları qəbul edib


Baş prokuror Sumqayıt şəhərində vətəndaşları qəbul edib.

APA xəbər verir ki, bu barədə Baş prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.

Dekabrın 6-da Baş prokuror Kamran Əliyev Sumqayıt şəhər prokurorluğunun inzibati binasında Sumqayıt şəhəri, Qubadlı rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib. Qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.

Qəbulda iştirak edən 41 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb, eləcə də prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair təklifləri dinləyib.

Oxşar xəbərlər

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş prokuror Balakən rayonunda vətəndaşları qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş prokuror Xətai rayonunda vətəndaşları qəbul edib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş prokuror Yasamal rayonunda vətəndaşları qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş prokuror Nərimanov rayonunda vətəndaşları qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər