Baş Prokurorluqda şəhid prokurorluq əməkdaşlarının ailə üzvləri, veteranlar və Vətən müharibəsində iştirak edən işçilərlə görüş olub
Sentyabrın 26-da Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə 1 - Oktyabr Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü münasibətilə Azərbaycan Respublikası Prokurorluğunun veteranları, Vətən müharibəsində iştirak etmiş prokurorluq əməkdaşları, I və II Qarabağ müharibəsində şəhid olmuş prokurorluq işçilərinin ailələri ilə görüş keçirilib.
Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının qurucusu və memarı ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Baş prokuror Ümummilli lider Heydər Əliyevin müdrik və zamanı önləyən siyasətini dövrün tələbləri ilə uzlaşdıraraq uğurla davam etdirən Vətən müharibəsinin fatehi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tərəfindən ermənilərin 30 ildən artıq işğal altında saxladığı torpaqların əbədi azadlığına qovuşmasını, həmçinin keçirilmiş qısamüddətli lokal antiterror tədbirləri ilə separatçı qüvvələrin yerləşdiyi ərazilərimizdə vətəndaşlarımızın təhlükəsizliyi və suverenleyimizin tam bərpa edilməsi hadisəsinin Ölkəmizin son 200 illik tarixinə qızıl hərəflərlə yazıldığını bildirib. Həmçinin Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində Qarabağda və digər ərazilərdə aparılan bərpa və quruculuq işlərinin göz qabağında olması xüsusi vurğulanmaqla, ölkənin ali rəhbərliyi şəhid ailələri, qazilər və müharibə veteranlarının xüsusi diqqətdə saxlanılmasının bütün cəmiyyətimiz üçün nümunə olduğunu qeyd edib.
İştirakçılar şəhid ailələrinə və veteranlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minətdarlıqlarını bildirərək dövlət tərəfindən onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərdən danışıb, həmçinin göstərilən dəstək və qayğıdan məmnunluqlarını ifadə ediblər.
Tədbirə yekun vuran Baş prokuror prokurorluğun şəhid olmuş əməkdaşlarının ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli ilə bağlı bundan sonra da daim işlər görüləcəyini qeyd edib, prokurorluq orqanlarının onlara, həmçinin prokurorluğun veteranlarına hər zaman dəstək olacağını vurğulayıb.
Oxşar xəbərlər
Hərbi Prokurorluqda milli prokurorluq orqanlarının yaradılmasının ildönümü qeyd olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prokurorluq əməkdaşları ağacəkmə kampaniyası keçirib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Üç prokurorluq işçisi təqaüdə göndərilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş prokuror Naxçıvanda vətəndaşları qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












