Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu keçirilib - FOTO
sizinxeber.az xəbər saytı

Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu keçirilib - FOTO


Bu gün Bakıda Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun açılış mərasimi baş tutub


Sizinxeber.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində baş tutan Forumda elm və təhsil naziri Emin Əmrullayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, UNİCEF-in Azərbaycandakı nümayəndəsi Saca Faruq Abdullah və digər şəxslər iştirak ediblər.

Forumun açılış mərasimi uşaqların rəsmi nümayəndələrlə dialoqu formatında təşkil olunub. Daha sonra uşaqlar mövzular üzrə qruplaşaraq, müzakirələr apararaq müvafiq təkliflərlə çıxış ediblər.

Emin Əmrullayev deyib ki, Azərbaycanın hazırda təhsilalanları əvvəlki nəsillərdən kifayət qədər daha bacarıqlıdır: “Yeni nəslin ortalama göstəriciləri daha yaxşıdır. Azərbaycan dilində aydın danışmaq bizim azyaşlı uşaqların qarşısında duran vacib məsələlərdən biridir".

O qeyd edib ki, cinsiyyətindən asılı olmayaraq 10 yaşında bacarıqlı olan 15 yaşında geri getməməlidir.

Nazir əlavə edib ki, hələ də tam həll edə bilmədiyiniz məsələlər var və daim onların həlli istiqamətində səylərimizi birləşdirməliyik: "Ən əsas amillərdən biri qızların təhsilidir. Son 10 ildə qızların nəticələri oğlanların nəticələrindən daha çox, daha yaxşıdır".

Nazir vurğulayıb ki, hər uşağa müvafiq qaydada təhsil alma imkanı yaradılmasına çalışmaq lazımdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında deyib ki, uşaqlarla bağlı müəyyən problemlər olsa da Komitə bu sahədə işlər həyata keçirir, müəyyən layihələr icra edir.

Qeyd edək ki, aidiyyəti dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələrinin dəvət edildiyi tədbirdə Azərbaycanın bütün şəhər və rayonlarından olan 300 uşaq, eləcə də Türkiyə Cümhuriyyətini təmsil edən uşaqlar iştirak ediblər.

Forum iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti səsləndirilib.

Oxşar xəbərlər

Elm və təhsil naziri Emin Əmrullayev Uşaq Səfirlər Məclisinin üzvləri ilə görüşüb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
UNİCEF nümayəndəsi: İqlim dəyişikliyi ilə bağlı xəstəliklərin 88 faizi 5 yaşından aşağı uşaqların payına düşür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda Təhsilin İnkişafı Forumu keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sahil Babayev Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun bir qrup iştirakçısı ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
MSK və Dövlət Komitəsi Milli Məclisə seçkilərdə qadınların fəallığına dair müzakirə təşkil edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər