Nazir ünvanlı sosial yardımın verilməsi proseduruna aydınlıq gətirib
Ünvanlı sosial yardım yoxlamaları 2 mərhələdən ibarətdir.
Sizinxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, birincisi, elektron sistemdir, 27 qurumdan alınan məlumatlarla vətəndaşın aldığı gəlirlər yoxlanılır: “İkinci mərhələ isə əyanidir. Bu da saxtakarlıq hallarının, başqasının adına sosial yardım alma hallarının qarşısını almaq üçündür. Burada məqsəd ailənin həmin ünvanda yaşamasının yoxlanmasıdır, daha qazan, soyuducu yoxlanmasından söhbət gedə bilməz. Bütün müayinələr də videoçəkiliş həyata keçirilir. Bir çox hallarda bu mexanizmdən sui-istifadə halları olur. Yaşamadığı evləri yaşadığı ünvan kimi göstərənlər olur. Yüksəkgəlirli ailə üzvünü göstərməyənlər olur. Bu gün ünvanlı sosial yardım 77 min ailəni, 350 min insanı əhatə edir. Ötən illə müqayisədə burada artım var. Əgər vermək istəməsək, bu artım da olmazdı. Haqqı çatan hamı ünvanlı sosial yardım ala bilir”.
Oxşar xəbərlər
Nazir: Əgər əlillik almaq çətindirsə, bu il 41 min insan bunu necə alıb? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sahil Babayev: Azərbaycanda pensiyaçıların pensiyada olma müddəti 14,8 ildir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir: Vətəndaşın kiçik məbləğdə belə sosial sığortası varsa, ona kapital amnistiyası təqdim etmiş oluruq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əlilliyə görə pensiyaya çıxmaq üçün sığorta stajına aydınlıq gətirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












