Nazir: Əgər əlillik almaq çətindirsə, bu il 41 min insan bunu necə alıb?
sizinxeber.az xəbər saytı

Nazir: Əgər əlillik almaq çətindirsə, bu il 41 min insan bunu necə alıb?


"Təkcə bu il 40700 şəxsə əlillik təyin etmişik".


Sizinxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

“Deyildiyi kimi, əgər əlillik almaq çətindirsə, bu il 41 min insan bunu necə alıb? Əlilliyin alınması iki mərhələdən ibarətdir. Birinci tibb müəssisələri tərəfindən şəxs yoxlanılır və məlumatlar elektron şəkildə bizə təqdim olunur. Bu gün haqqı çatan hər bir şəxsin əlilliyinin təyin edilməsi bizim üçün ən ümdə vəzifədir. Deputatların dediyi fərdi məsələlərlə bağlı mən komitə iclasında da müraciət etdim. Ancaq komitə iclasından bu yana mənə heç bir məlumat təqdim edilməyib”,- deyə nazir əlavə edib.

Oxşar xəbərlər

Nazir ünvanlı sosial yardımın verilməsi proseduruna aydınlıq gətirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il Azərbaycanda 40 min şəxsə əlillik təyin olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sahil Babayev əlillik pensiyası kəsilən şəxslərə yenidən yoxlamadan keçməyi, xəstəxanaya müraciət etməyi məsləhət görüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sahil Babayev: Azərbaycanda pensiyaçıların pensiyada olma müddəti 14,8 ildir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əlilliyə görə pensiyaya çıxmaq üçün sığorta stajına aydınlıq gətirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər