Əlilliyə görə pensiyaya çıxmaq üçün sığorta stajına aydınlıq gətirilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
27 
noy
2024
12:50

Əlilliyə görə pensiyaya çıxmaq üçün sığorta stajına aydınlıq gətirilib

27 noy, 2024
12:50
999

Əlilliyə görə pensiyaya çıxmaq üçün sığorta stajına aydınlıq gətirilib

Əlilliyə görə pensiyaya çıxmaq üçün sığorta stajı yalnız həmin şəxsin əmək qabiliyyəti dövrü üçün tələb olunur, əlil olduqdan sonrakı dövr üçün belə bir tələb yoxdur.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

“Vətəndaş heç vaxt işləməyib sonradan əlil olursa, əlbəttə sosial sığorta ödəmədiyinə görə pensiya sisteminə girə bilməyəcək, o, müavinət sisteminə girəcək. Amma əgər vətəndaş işləyib sonradan əlillik qazanıbsa, əmək qabiliyyətli hər ilinə görə cəmi 4 ay sığorta stajı tələb olunur. Düşünürük ki, bu, kifayət qədər böyük güzəştli yanaşmadır”, - deyə nazir bildirib.

Bizimlə əlaqə saxlayın