sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən dekabrın 4-də Balakən Rayon Polis Şöbəsinin inzibati binasında Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.
APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Qəbula yazılmaq istəyən vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı 03.12.2024-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.
Oxşar xəbərlər
Vilayət Eyvazov Gəncədə qəbul keçirəcək
Vilayət Eyvazov Gəncədə vətəndaşları qəbul edəcək
Vilayət Eyvazov Yevlaxda vətəndaş qəbulu və sıra baxışı keçirib
Vilayət Eyvazov Gəncədə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib
Daxili işlər naziri Oğuzda vətəndaş qəbulu və sıra baxışı keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin










