COP29-da ABŞ Senatının üzvü Donald Trampı yaşıl enerjidən istifadə təşəbbüslərini dəstəkləməyə çağırıb
“İqlim dəyişikliyinin aktuallığı şəraitində gənclərin qlobal iqlim hərəkatına cəlbi istiqamətində səylər artırılmalıdır”.
Sizinxeber.az xəbər verir ki, bunu bu gün COP29 çərçivəsində keçirilən mətbuat konfransında ABŞ Senatının üzvü Edvard Marki deyib.
O, həmçinin ABŞ-də yaşıl enerjiyə dəstək çərçivəsində kampaniyaların keçirildiyini xatırladıb:
“Biz ABŞ senatının üzvləri olaraq qalıq yanacaqdan istifadənin zərərləri barədə dəfələrlə çağırışlar etmişik. Eyni zamanda ölkəmizdə bu növ yanacağın zərərlərinin ictimaiyyətə çatdırılması məqsədilə dəfələrlə kampaniya başladılıb. Həm mən, həm də bir sıra konqresmenlər dəfələrlə bu istiqamətdə çağırışlar etmişik. Biz hesab edirik ki, gənclərin iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə daha effektiv şəkildə cəlb olunması üçün səylər artırılmalıdır. Mən belə hesab edirəm ki, iqlim hərəkatı qlobal xarakter almalıdır”.
Digər senator Şeldon Uaythaus isə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampı yaşıl enerjidən istifadə yönümlü təşəbbüsləri dəstəkləməyə çağırıb:
“Bizim tətbiq etdiyimiz yeni texnologiyalar ölkəmizin yaşıl enerji sahəsindəki potensialının artırılmasına xidmət etməlidir. Biz hesab edirik ki, yaşıl enerji sahəsində başladılan bu inqilabı hərəkat dayanmamalı, daha geniş areala yayılmalıdır. Fikrimcə, ABŞ-də hakimiyyətə gəlməyə hazırlaşan Tramp Administrasiyası ekoloji cəhətdən təmiz və effektiv enerji resurslarından istifadənin təşviqi istiqamətində göstərilən səyləri daha da artırmalıdır”.
Oxşar xəbərlər
COP29-da beynəlxalq iqlim təşəbbüslərinin davamlılığı mövzusunda konfrans keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş danışıqçı COP29-da iştirak edəcək tərəfləri İqlim Şəffaflığına dair Yekun Razılaşmanı imzalamağa çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yapon nazir müavini: Azərbaycan COP29-un uğurla keçirilməsi üçün əlindən gələni əsirgəmir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qlobal səfir: İqlim dəyişikliyinin təsirlərinə qarşı QHT-lər bir araya gəlməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29-un Prezidenti: Qobal iqlim məqsədlərinə nail olmaq imkanları genişdir, sadəcə həmrəyliyə ehtiyac var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











