Nazir pensiyaların gecikdirilməsi ilə bağlı iddialara cavab verib
sizinxeber.az xəbər saytı

Nazir pensiyaların gecikdirilməsi ilə bağlı iddialara cavab verib


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev pensiya ödənişlərinin gecikdirilməsi ilə bağlı iddialara cavab verib.

Sizinxeber.az xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında bildirib ki, bununla bağlı dəfələrlə açıqlama verilib.

“Biz bütün pensiyaları avansla ödəyirik. Həmin ayın pensiyası ayın sonunda ödənilməlidir. Sadəcə Azərbaycan Hökumətinin növbəti humanist addımı ondan ibarətdir ki, biz pensiyaları ayın sonunu gözləmədən ödəyirik. Ümumiyyətlə, pensiyalar sosial sığorta haqlarının hesabına ödənilən vəsaitdir. Sosial sığorta haqlarının toplanmasına uyğun olaraq, ayın bəlli dövrlərində pensiya fondu tərəfindən elan verilir və müvafiq ərazilər üzrə ödənişlər həyata keçirilir. Bir daha deyirəm ki, ödənişlər ayın sonunda ödənilməli olduğu halda ayın 10-15-i arasında bir qisim ərazilərimiz, 15-20-si arasında bir qisim ərazilərimizdə həyata keçirilir. Vaxtında ödəsək, bu o deməkdir ki, ayın sonunda ödəməliyik, bu da əhalimizin ziyanına olacaq”.

Oxşar xəbərlər

DSMF pensiyaların ödənişi ilə bağlı vətəndaşlara müraciət edib
Bakı, Sumqayıt və Abşeron üzrə avqustun pensiyaları ödənilib
Bakı, Sumqayıt və Abşeron üzrə sentyabr ayının pensiyaları ödənilib
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər