“AzerGold” Zəfər Günü münasibətilə Daşkəsəndə Vətən müharibəsi şəhidlərinin ailələrini və qaziləri ziyarət edib
“AzerGold” QSC tərəfindən 8 Noyabr – Zəfər Günü münasibətilə Daşkəsən rayonunda qeydiyyatda olan Vətən müharibəsi şəhidlərinin ailələri və qazilər ziyarət edilib.
Qurumun Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, ziyarətin məqsədi müstəqil dövlətimizin ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinin və sağlamlığını itirmiş vətəndaşlarımızın daim diqqətdə saxlanılması, onların rifah halının yaxşılaşdırılması istiqamətində dövlətimizin yürütdüyü siyasətə əlavə töhfə verməkdir. Zəfər Günü ərəfəsində təşkil edilən ziyarət zamanı şəhid ailələri və qazilərə müxtəlif ərzaq məhsullarından ibarət bağlamalar təqdim edilib, şəhidlərimizin xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
Qeyd edək ki, “AzerGold” QSC-nin Sosial təsir və məsuliyyət üzrə siyasəti çərçivəsində mütəmadi icra edilən bu tip aksiyalar sosial-iqtisadi yönümlü dövlət proqramlarına dəstək xarakteri daşımaqla, QSC-nin aktiv hasilat və istehsalat fəaliyyəti göstərdiyi bölgədə yaşayan vətəndaşların hərtərəfli qayğı ilə əhatələnməsinə xidmət edir.
Oxşar xəbərlər
“AzerGold” Daşkəsəndə Vətən müharibəsi şəhidlərinin ailə üzvlərini və qaziləri ziyarət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qobustan Milli Tarix-Bədii Qoruğunda Zəfər Günü qeyd edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN-in Cənub Regional Mərkəzində şəhid övladları üçün Zəfər Gününə həsr olunmuş “açıq qapı” günü keçirilib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
DİN rəhbərliyi Zəfər parkını ziyarət edib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












