Zəfər Günü münasibətilə Minskin Milli Kitabxana binasında xüsusi işıq proyeksiyası nümayiş etdirilib - VİDEO
sizinxeber.az xəbər saytı

Zəfər Günü münasibətilə Minskin Milli Kitabxana binasında xüsusi işıq proyeksiyası nümayiş etdirilib - VİDEO


Azərbaycanın Zəfər Günü münasibətilə Minskdə Milli Kitabxana binasında xüsusi işıq proyeksiyası nümayiş etdirilib.

Sizinxeber.az-nın xəbərinə görə, Azərbaycanın Zəfər Günü münasibətilə Belarus Respublikasının paytaxtı Minsk şəhərindəki Milli Kitabxana binasının üzərində Azərbaycan bayrağı və zəfərə aid simvolları əks etdirən xüsusi işıq proyeksiyası nümayiş etdirildi. Bu tədbir, Belarusda fəaliyyət göstərən Azərbaycan Ticarət Evinin təşəbbüsü ilə baş tutdu və hər iki ölkə arasındakı dostluq münasibətlərin yüksək səviyyədə olmasını nümayiş etdirir.

Turistlər və şəhər sakinləri arasında böyük maraq doğuran bu təşəbbüs Azərbaycan-Belarus münasibətlərinin inkişafına töhfə verməklə yanaşı, Azərbaycanın təbliğinə müsbət təsir edir.

Belarusda Azərbaycan Ticarət Evinin nümayəndələri bildiriblər ki, bu cür tədbirlər Azərbaycan mədəniyyətinin və tarixinin Belarus ictimaiyyətinə tanıdılması baxımından böyük əhəmiyyət kəsb edir.

Oxşar xəbərlər

Xankəndi şəhərində Zəfər Günü münasibətilə yürüş keçirilir - FOTO - VİDEO
Avropa Azərbaycan Məktəbi Zəfər Gününə həsr olunmuş fləşmob keçirib
Türkiyə MN Azərbaycanın Zəfər və Dövlət Bayrağı günlərini təbrik edib
Bakıda Türkiyənin Zəfər bayramı münasibətilə tədbir keçirilir - FOTO
Ceyhun Bayramovun Belarusun xarici işlər naziri Maksim Rıjenkov ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər