Birinci Qarabağ müharibəsində itkin düşən şəhid İsmət Priyevin qalıqları dəfn olunub - FOTO
Birinci Qarabağ müharibəsində itkin düşən, 32 il sonra dəfn yeri və kimliyi müəyyənləşdirilən şəhid Priyev İsmət Medal oğlunun qalıqları dəfn olunub.
Sizinxeber.az-nın Şirvan bürosu xəbər verir ki, şəhidin qalıqları Göyçay rayonunun Çərəkə kəndindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, Priyev İsmət Medal oğlu 1975-ci ildə Göyçay rayonunun Çərəkə kəndində anadan olub. İsmət Priyev 29 aprel 1993-cü ildə hərbi xidmətə yola düşüb. 1 yanvar 1994-cü ildə Fizuli rayonu istiqamətində gedən döyüşlərdə itkin düşüb.
Onun Beyləqan rayonundakı “Peyğəmbər” məzarlığında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən olunub. Şəhidin nəşinin qalıqları bu gün Göyçay rayonunun Çərəkə kəndinə gətirilib və evində vida mərasimi keçirilib.
Oxşar xəbərlər
Birinci Qarabağ müharibəsində itkin düşən şəhid İsmət Priyevin qalıqları dəfn olunub
Qarabağ müharibəsində itkin düşmüş, 32 ildən sonra dəfn yeri və kimliyi bilinən iki şəhid dəfn olunub - FOTO
Nəşinin qalıqları 32 il sonra Daşaltıda tapılan şəhid Salyanda dəfn edilib - FOTO
Birinci Qarabağ müharibəsində şəhid olan Cavanşir Hüseynov və Tahir Şirinovun qalıqları dəfn edilib
Birinci Qarabağ müharibəsində şəhid olan Ələkbər Babayevin qalıqları dəfn olunub - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
DÇ-2026: İordaniya - Əlcəzair oyununda ilk hissə yekunlaşıb - YENİLƏNİR-2
