Tağı Əhmədov dəfn olunub - FOTO
sizinxeber.az xəbər saytı

Tağı Əhmədov dəfn olunub - FOTO


“Bakı Metropoliteni” QSC-nin sabiq sədri Tağı Əhmədovun dəfn mərasimi keçirilib.

Sizinxeber.az xəbər verir ki, mərhum Əhmədli qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində mərhumun yaxınları, “Bakı Metropoliteni”nin rəhbər şəxsləri, deputatlar, siyasətçilər, ictimaiyyət nümayəndələri iştirak edib.

Xatırladaq ki, Tağı Əhmədov dünən axşam 76 yaşında vəfat edib. Mərhumla Novxanıdakı evində vida mərasimi olub.

Qeyd edək ki, Tağı Əhmədov 1 fevral 1948-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Yuxarı Remeşin (indiki Güney Qışlaq) kəndində anadan olub.

1998–2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifələrində çalışıb.

2022-ci ilədək Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri olub.

YAP İdarə Heyətinin 10 oktyabr 2021-ci il tarixində keçirilən iclasında partiyanın Veteranlar Şurasına üzv seçilib.

Oxşar xəbərlər

Tağı Əhmədov dəfn olunub
Tağı Əhmədov 76 yaşında vəfat edib
Tağı Əhmədov 75 yaşında vəfat edib
Tağı Əhmədov vəfat edib
Tağı Əhmədov vəfat etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər