Bu il İİV-ə yoluxanların 55 nəfəri inyekson narkotik istifadəçiləridir
Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 335, QİÇS-lə Mübarizə Mərkəzində 391, Sumqayıt Narkoloji Mərkəzində 151 nəfər) 877 xəstə müalicə alır.
APA xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2024-cü ilin yanvar-sentyabr ayları üzrə açıqladığı məlumatda deyilir.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Cari ilin sentyabr ayının sonuna kimi İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 55 nəfəri (5,9%-i) inyekson narkotik istifadəçiləri olub.
Yanvar-sentyabr ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 1443 vətəndaş müraciəti daxil olub ki, onların 125-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 103-ü narkotik asılılıqdan müalicə, 1215-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 228 məktub ünvanlanıb.
Oxşar xəbərlər
Bu il İİV-ə yoluxmuş 52 Azərbaycan vətəndaşı narkotik istifadəçisi olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda bu ilin yeddi ayı ərzində 799 nəfər İİV-ə yoluxub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il İİV-ə yoluxmuş 52 nəfər narkotik istifadəçiləri olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu ilin yeddi ayında Azərbaycanda 799 nəfər İİV-ə yoluxub, 13-ü əcnəbidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il dəyəri 115 milyon AZN olan narkotik qanunsuz dövriyyədən çıxarılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












