Bu il İİV-ə yoluxmuş 52 Azərbaycan vətəndaşı narkotik istifadəçisi olub
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bu ilin yanvar-avqust aylarında bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 57406 nəfər istiqamətləndirilib.
APA xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan bildirilib.
Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1913 nəfərdən 1244 nəfəri istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.
Qeyd olunub ki, hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 340, QİÇS-lə Mübarizə Mərkəzində 402, Sumqayıt Narkoloji Mərkəzində 152 nəfər) 894 xəstə müalicə alır.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Cari ilin avqust ayın sonuna kimi İİV-ə yoluxmuş Azərbaycan Azərbaycan vətəndaşları arasında 52 nəfəri (5,9%-i) inyekson narkotik istifadəçiləri olub.
Oxşar xəbərlər
Bu il İİV-ə yoluxmuş 52 nəfər narkotik istifadəçiləri olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il dəyəri 115 milyon AZN olan narkotik qanunsuz dövriyyədən çıxarılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda bu ilin yeddi ayı ərzində 799 nəfər İİV-ə yoluxub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il narkotiklə bağlı 7170 cinayət aşkarlanıb, dövriyyədən 120 milyon manatlıq narkotik çıxarılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qanunsuz dövriyyədən çıxarılan külli miqdarda narkotik vasitə məhv edilib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












