Elektron hərrac portalı istifadəyə veriləcək
Məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı hərraca çıxarılan əmlakların satışı prosesində şəffaflığın, operativliyin və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə yaxın günlərdə Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə elektron hərrac portalı istifadəyə veriləcək.
Sizinxeber.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Portal, hərracda iştirak imkanlarının hər kəs üçün bərabər və əlçatan olmasını təmin etməyi hədəfləyir.
Portalda fiziki və hüquqi şəxslər “Digital Login” sistemi vasitəsilə qeydiyyatdan keçərək və elektron kabinet yaradaraq hərrac prosesində iştirak edə biləcəklər. Elektron hərracın keçirilməsi barədə şərtlər, portaldan istifadəyə dair təlimat və hərrac elanları portalın saytı və sosial şəbəkə hesablarında yerləşdiriləcək.
Hərrac proseslərinin rəqəmsallaşmış formada həyata keçirilməsi vətəndaş-məmur ünsiyyətinin minimuma endirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.
Oxşar xəbərlər
Azərbaycanda özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 24% artıb
“Biznesin müflisləşməsi” İşçi qrupunun sahibkarlıq subyektləri ilə görüşü keçirilib
“Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun sahibkarlarla görüşü keçirilib
Bəzi inzibati mübahisələr üzrə iddia ərizələrini elektron qaydada məhkəmələrə göndərmək mümkün olacaq
Azərbaycanda "Sağlamlaşdırma və müflisləşdirmə haqqında" yeni qanun layihəsi hazırlanır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











