Bu il 49 nəfərin əmək müqaviləsinə qanunsuz xitam verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2024-cü ilin 9 ayında vətəndaş müraciətlərinin araşdırılması zamanı 155,3 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.
Bu barədə Sizinxeber.az-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, xidmətin gördüyü tədbirlər nəticəsində müvafiq işəgötürənlər tərəfindən həmin vəsaitin işçilərə ödənilməsi təmin olunub. Ödənilən vəsaitin 85 faizi əməkhaqları, qalan hissəsi sosial müavinət və kompensasiyalardan ibarət olub.
Cari ilin yanvar-sentyabr aylarında 49 işçi ilə əmək müqavilələrinə qanunsuz xitam verildiyi də müəyyən olunub. Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən görülən tədbirlərlə həmin işçilərin əvvəlki iş yerlərinə bərpası təmin edilib.
Oxşar xəbərlər
Bu ilin I yarısında işçilərə 84 min manata yaxın gecikdirilmiş sosial xarakterli ödəniş edilib
Bu il əmək qanunvericiliyi tələblərinin 2 128 halda pozulması faktı aşkarlanıb
Bu ilin ötən dövründə müavinətlər və Prezident təqaüdləri üzrə ödənilən məbləğin həcmi açıqlanıb
Bu il 100 uşaq övladlığa verilib, 139-u isə ailələrinə qaytarılıb
Qazaxıstanla əmək, məşğulluq və sosial müdafiə sahəsində təcrübə mübadiləsi aparılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













