Belarusda Azərbaycanın Milli Qəhrəmanının anasına hədiyyə və yardım çatdırılıb
1992-ci il iyunda Ağdam istiqamətində gedən ağır döyüşlərdə başından yaralanmış və vəfat etmiş Belarus vətəndaşı Anatoli Davıdoviçin ailəsi daim Azərbaycan dövlətinin diqqət və qayğısı ilə əhatə olunur.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Belarusa rəsmi səfəri çərçivəsində bu ölkədə yaşayan Azərbaycanın belarus əsilli Milli Qəhrəmanı Anatoli Davidoviçin anası Kima Andreyevnanın yaşayışı, səhhəti ilə maraqlanıb.
Sizinxeber.az xəbər verir ki, Azərbaycanın Ali rəhbərliyi adından hədiyyələr və yardım Milli Qəhrəmanın anasına çatdırılıb.
Kima Andreyeva Azərbaycan xalqına, dövlətinə, Ali rəhbərliyinə minnətdarlığını bildirib.
Qeyd edək ki, Anatoli Davidoviç 1965-ci ildə Belarus Respublikasının Slutsk şəhərində doğulub. 1992-ci ilin iyununadək SSRİ, sonra Rusiya Silahlı Qüvvələrində xidmət edib. Mayor rütbəsinədək yüksələn Anatoli 1992-ci ilin iyunundan Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayıb. O, N saylı hərbi hissədə artilleriya qərargahının rəisi idi. Dərin biliyə malik olan belaruslu zabit Azərbaycan Silahlı Qüvvələrinin möhkəmlənməsinə böyük töhfələr verib, topçu mütəxəssislər hazırlanmasında özünün bilik və təcrübəsini əsirgəməyib.
Anatoli Davidoviç 1992-ci il iyunun 9-da, Ağdam istiqamətində gedən ağır döyüşlərdə başından yaralanıb, həkimlərin səylərinə baxmayaraq 1992-ci il iyunun 13-də Bakı şəhər Mərkəzi Hospitalında dünyasını dəyişib. Onun qəbiri Belarus Respublikasının Sulutsk şəhərindədir.
Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə mayor Davidoviç Anatoli Nikolayeviçə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Oxşar xəbərlər
Azərbaycanın belaruslu milli qəhrəmanının anasına hədiyyə və yardım çatdırılıb
Əli Əsədov Aleksandr Lukaşenko ilə görüşüb
Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlib
Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşüb
Baş Nazir Əli Əsədov Belarusda rəsmi səfərdədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
-
Mərakeşdə binanın çökməsi nəticəsində 11 nəfər həlak olub
-
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
