Cəbrayıl Şəhəri Gününə həsr olunmuş konsert keçirilib - FOTO - VİDEO - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Cəbrayıl Şəhəri Gününə həsr olunmuş konsert keçirilib - FOTO - VİDEO - YENİLƏNİB


Cəbrayıl Şəhəri Gününə həsr olunmuş konsert keçirilib.

APA xəbər verir ki, konsertdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Respublikası Prezidentinin Qubadlı, Cəbrayıl və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev, ziyalılar, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, Cəbrayıl sakinləri iştirak ediblər.

Tədbir iştirakçıları konsertdən öncə Cəbrayılın qədim və müasir tarixinə, mədəni irsinə əsaslanaraq təşkil edilmiş sərgi ilə tanış olublar.

Konsertdə Xalq artistləri — Mələkxanım Eyyubova, Azər Zeynalov, Samir Cəfərova, Əməkdar artistlər — Yaqut Abdullayeva, Zahid Quliyev, Gülüstan Əliyeva, İlkin Əhmədov müğənnilər — Vüsal Zamanov, Güllü Muradova, Rəvanə Qurbanova, Taleh Hüseynli, İlhamə Qasımova, Sona Əzizova, Xalq Çalğı Alətləri Orkestri, Azərbaycan Dövlət Rəqs Ansamblı, “Renesans” uşaq xoru çıxış ediblər.

Qeyd edək ki, ötən il iyulun 31-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyan Sərəncama əsasən, 4 oktyabr – Cəbrayıl Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd olunur.

***

11:36

Cəbrayıl Şəhəri Gününə həsr olunmuş konsert keçirilir.

APA xəbər verir ki, sözügedən əlamətdar gün münasibətilə təşkil edilən tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Respublikası Prezidentinin Qubadlı, Cəbrayıl və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev, ziyalılar, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, Cəbrayıl sakinləri iştirak edirlər.

Tədbir iştirakçıları konsertdən öncə Cəbrayılın qədim və müasir tarixinə, mədəni irsinə əsaslanaraq təşkil edilmiş sərgi ilə tanış olublar.

Qeyd edək ki, ötən il iyulun 31-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyan Sərəncama əsasən, 4 oktyabr – Cəbrayıl Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd olunacaq.

Oxşar xəbərlər

Cəbrayıl Şəhəri Gününə həsr olunmuş konsert keçirilir - FOTO
Gəncə Dövlət Filarmoniyasinda "Musiqinin gücü" layihəsi Milli Musiqi Gününə həsr olunub - FOTO
Prezident İlham Əliyev: Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi
Gəncə Filarmoniyasında Arif Məlikovun mahnılarından ibarət konsert olub
Gəncə Dövlət Filarmoniyasının solistləri Naxçıvanda çıxış ediblər - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər