Ötən ay 27 aptekdə yoxlama aparılıb, nöqsanlar aşkarlanıb
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2024-cü ilin sentyabr ayı ərzində 27 aptekdə yoxlama aparılıb.
Bu barədə Sizinxeber.az-ya AEM-dən məlumat verilib.
Bildirilib ki, Bakı şəhəri üzrə 25, respublikanın digər şəhər və rayonlarında isə 2 aptekdə yoxlama aparılıb. 24 aptekdə planlı, 2 aptekdə plandankənar və 1 aptekdə yoxlamadan kənar təftiş aparılıb:
"Yoxlamalar zamanı 2 aptekdə nöqsanlar aşkarlanıb. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.9 və 452.3 maddələri üzrə protokollar tərtib edilib".
"Vətandaşlara bildiririk ki, aptek müəssisəsi barədə hər hansı şikayət, müraciətlə bağlı və ya alınan dərman vasitəsinin keyfiyyəti barədə şübhə yaranarsa, ilkin olaraq apteklərin üzərindəki tanıtma lövhələrində qeyd olunan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (012) 596-07-12 nömrəli “qaynar xətt”inə, [email protected] elektron ünvanı və ya www.pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsilə məlumat versinlər", - deyə məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Sentyabr ayında 27 aptekdə yoxlama aparılıb
Ötən ay 44 aptekdə yoxlama aparılıb, 2-də nöqsan aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Azercell və "Samsung"dan yeni kampaniya!
