Psixoloji triller janrında bestsellerlər müəllifi Bakıya gəlir
Dünya şöhrətli alman yazar Vulf Dorn 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri qonağı olacaq.
Bu barədə Sizinxeber.az-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, həyatının 20 illini psixiatrik terapevt və klinik tədqiqatçı kimi işləmiş Vulf Dorn Almaniyanın psixoloji triller janrında yazan ən populyar yazıçısıdır. Debüt əsəri olan “Psixiatr” ona böyük şöhrət qazandırıb. “Şizofrenik”, “Xain ürəyim”, “Oyunbaz” və “Fobiya” romanları qısa müddətdə beynəlxalq bestsellerə çevrilib. Hazırda Vulf Dorn dünyada ən çox oxunan müəlliflər siyahısına daxil edilib.
Vulf Dornun 2024-cü il 5 oktyabr tarixində saat 16:00-da və 6 oktyabr tarixində saat 15:00- da “Füzuli” təqdimat zonasında oxucularla görüşü və imza saatı olacaq.
10-cu Bakı Beynəlxalq Kitab Sərgisi Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2-8 oktyabr 2024-cü il tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək.
Sərgi dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunub. Ziyarətçilərin “Elmlər akademiyası”, “28 may” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə ödənişsiz gediş-gəlişi təmin ediləcəkdir.
Qeyd edilib ki, sərginin iş vaxtı: 10:00-dan 20:00-dəkdir.
Sərgiyə giriş ödənişsizdir.
Oxşar xəbərlər
Dünya şöhrətli yazar Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri qonağı olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları məlum olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Moskva Beynəlxalq Kitab Sərgisində təmsil olunur [xfgiven_updateblue][/xfgiven_updateblue]
X Bakı Beynəlxalq Kitab Sərgisi Füzulinin 530 illiyinə həsr olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan nəşrləri XXI Beynəlxalq “Kitab sənəti” müsabiqəsində qalib olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












