Azərbaycanla Qazaxıstan arasında hüquq sahəsində memorandum imzalanıb
Ədliyyə naziri Fərid Əhmədov Qazaxıstana səfəri çərçivəsində həmin ölkənin ədliyyə naziri Azamat Yeskarayev ilə görüşüb.
Bu barədə APA-ya Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verib.
Bildirilib ki, görüşdə ortaq soykök və tarixi-mədəni əlaqələrə malik Azərbaycan və Qazaxıstan arasındakı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində davam etdiyi vurğulanıb. Qeyd edilib ki, dövlət başçıları arasında sıx münasibətlər, eləcə də qarşılıqlı yüksək səviyyəli səfərlər ölkələr arasında əlaqələrə və ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verir.
Görüşdə ədliyyə sahəsində qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, iki ölkə arasında müvafiq sahə üzrə müxtəlif istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də müasir tendensiya və təcrübələrin öyrənilməsinin vacibliyi vurğulanıb.
Görüş çərçivəsində “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Qazaxıstan Respublikasının Ədliyyə Nazirliyi arasında hüquqi sahədə qarşılıqlı fəaliyyət haqqında Memorandum” imzalanıb.
Memoranduma əsasən tərəflər yerli qanunvericiliklərin beynəlxalq standartlara uyğunlaşdırılması, ədliyyə sahəsində müasir İKT-nın tətbiqi, ədliyyə xidmətlərinin təkmilləşdirilməsi və əlçatanlığın artırılması, kadr hazırlığı, icra və məhkəmə ekspertizası fəaliyyəti üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi, ekspert görüşlərinin və səfərlərin təşkil edilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə əməkdaşlıq edəcəklər.
Oxşar xəbərlər
TDT Ədliyyə Nazirləri Şurasının 2-ci iclası gələn il Azərbaycanda keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kəmaləddin Heydərov Belarus xarici işlər nazirinin müavini ilə görüşüb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ramil Usubov Gürcüstanın müdafiə naziri ilə strateji əməkdaşlıq əlaqələrini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanla Gürcüstan arasında probasiya sahəsində əməkdaşlıq müzakirə edilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov İsrail XİN-in baş direktoru ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












