Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint” Məntəqəsində mindən çox şəxsə reabilitasiya xidmətləri göstərilib
sizinxeber.az xəbər saytı

Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint” Məntəqəsində mindən çox şəxsə reabilitasiya xidmətləri göstərilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Bərdə şəhərində yerləşən Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint” – Reabilitasiya Məntəqəsində bölgə sakinlərinə ambulator reabilitasiya xidmətləri göstərilir.

Bu barədə Sizinxeber.az-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ötən il dekabrın 1-dən fəaliyyətə başlayan Məntəqədə indiyədək 1000-dən çox şəxs reabilitasiya xidmətləri ilə təmin edilib. Əlilliyi olan şəxslər burada ambulator formada müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətlərindən yararlanır.

Qeyd edilib ki, Məntəqədə əlilliyi olan şəxslər ehtiyac duyduqları reabilitasiya vasitələri ilə də təmin edilir. Ötən dövrdə “RehaPoint” – Reabilitasiya Məntəqəsində əlilliyi olan şəxslərə 500-dək reabilitasiya vasitəsi verilib.

Məryəm Surxay

Oxşar xəbərlər

Əlilliyi olan 53 min şəxsə reabilitasiya xidmətləri göstərilib
Əlilliyi olan 15 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Qarabağ Regional DOST Mərkəzinin açılışından 1 il ötür
Bu ilin 7 ayında əlilliyi olan şəxslərə 64 min reabilitasiya vasitəsi verilib
Məişət zorakılığından zərər çəkmiş 30 uşaq sosial reabilitasiya xidmətləri ilə təmin edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər