UNEC-in ev sahibliyi ilə COP 29-la bağlı keçirilən Beynəlxalq Multidissiplinar Simpozium uğurla yekunlaşıb
UNEC-in ev sahibliyi ilə COP 29-a həsr olunan Beynəlxalq Multidissiplinar Simpozium keçirilib.
Bu barədə Sizinxeber.az-ya Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.
Bildirilib ki, “BMT-COP29: Müasir sivilizasiyanın aktual problemlərinin həllində dünya alimlərinin rolunun gücləndirilməsi. Ətraf mühitin mühafizəsi və yaşıl gündəm” mövzusunda keçirilən beynəlxalq simpoziumda Azərbaycan, Çin, Qazaxıstan, Hindistan, Gürcüstan, Rusiya, Moldovadan olan alimlər mövzu ilə bağlı təqdimatlarla çıxış ediblər:
"UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiri professor Rövnəq Rzayevin moderatorluğu ilə keçirilən simpoziumda milli iqtisadiyyatın enerji tutumu, ekoloji strategiyalar, karbon neytrallığı, yeni çirkləndiricilərə nəzarət, istixana qazlarının emissiyaları, rəqəmsallaşmanın qlobal problemlərin həllində rolu, Xəzər dənizinin, göllərin, eləcə də təbii və təmizlənmiş tullantı sularının toksikliyinin monitorinqi, ekoloji təmiz təbiət, Azərbaycanda ekoəczaçılıq vasitələrinin inkişafı və yaradılması, iqlim dəyişikliyi geosiyasətində qloballaşma faktoru, sosial problemlərin həllində elmin rolu, ətraf mühitin mühafizəsində beynəlxalq ənənələr və digər mövzularda müxtəlif ölkələrin alimlərinin bir-birindən maraqlı təqdimatları dinlənilib. Təqdimatlardan sonra mövzu ilə bağlı müzakirələr aparılıb.
Simpozium növbəti gün vorkşopla davam edib. Vorkşopda Rusiya Ekologiya Akademiyasının rəhbəri Sergey Xolodkeviç, Başqırdıstan Respublikası Elmlər Akademiyasının akademiki Ramil Baxtizin, Çin Elmlər Akademiyasının Eko-Ətraf Mühit Elmləri üzrə Tədqiqat Mərkəzinin professorları Ming Xu, Yongguang Yin, UNEC-in professorları Əli Xəlilov və Ramil Sadıqov mövzu ilə bağlı məruzələrlə çıxış ediblər".
"2 gün davam edən beynəlxalq simpoziumun sonunda beynəlxalq qrant layihələrində birgə iştirak etmək barədə razılıq əldə olunub", - deyə məlumatda qeyd edilib.
Oxşar xəbərlər
UNEC COP 29-a həsr olunan beynəlxalq simpoziuma ev sahibliyi edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
UNEC-ə 600-dən çox bal toplayaraq qəbul olanların sayı 89 faiz artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
UNEC-in “Açıq qapı” günlərində 800-dən çox abituriyent iştirak edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Heydər Əliyev İli” çərçivəsində UNEC-də görülmüş işlərin yekun tədbiri keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
UNEC qlobal reytinqdə 684 pillə irəliləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












