Şərqşünas alim vəfat edib
sizinxeber.az xəbər saytı

Şərqşünas alim vəfat edib


Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının baş müəllimi Şamil Alməmmədov 84 yaşında vəfat edib.

Bu barədə APA-ya Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan məlumat verib.

O bildirib ki, Şamil Alməmmədov bir müddət əvvəl sağlamlığında yaranmış problemlə əlaqədar olaraq cərrahiyyə əməliyyatı keçirib.

Qeyd edək ki, Ş. Alməmmədov 1940-cı ildə anadan olub. 1960-cı ildə BDU-nun Şərqşünaslıq fakültəsinə daxil olub. 1966-cı ildən BDU-nun Şərqşünaslıq fakültəsində laborant, baş laborant, müəllim, baş müəllim vəzifələrində çalışıb. 1975-1977-ci illərdə Türkiyədə tərcüməçi kimi fəaliyyət göstərib. 2019-cu ildə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalına layiq görülüb. O, fəaliyyəti dövründə 20-yə yaxın məqalə, proqram və kitabın müəllifi olub.

Allah rəhmət eləsin!

Oxşar xəbərlər

Qarabağ Universitetində tələbə qəbulu üçün bəzi ixtisaslar üzrə plan yerləri yüz faiz dolub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nəsiman Yaqublu ilə vida mərasimi keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Professor Nəsiman Yaqublu dəfn edilib FOTO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əslən Azərbaycandan olan türkiyəli yazıçı vəfat edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əbülfəz Elçibəyin vəfatından 24 il ötür [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər