Səttar Möhbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrliyindən istefa verib, yeni sədr seçilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yeni sədri vəzifəsinə Sahib Məmmədov seçilib.
Sizinxeber.az xəbər verir ki, bununla bağlı məsələ AHİK-in avqustun 26-da keçirilən növbədənkənar VII qurultayının gündəliyinə daxil edilib.
Səttar Suliddin oğlu Möhbalıyevin sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirakı ilə bağlı vaxt çatışmazlığı səbəbindən AHİK-in sədri vəzifəsindən istefası məsələsi qəbul edilib və qurultay iştirakçıları bu vəzifəyə Sahib Əli oğlu Məmmədovun namizədliyinə yekdilliklə səs veriblər.
Qeyd edək ki, Sahib Əli oğlu Məmmədov 1978-ci ildə anadan olub və Kiyev Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib. 2014-cü ildən İqtisadiyyat Nazirliyində çalışan Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini təyin edilib. "Dövlət qulluğunda fərqlənməyə görə" və "Tərəqqi" medalları ilə təltif olunub.
Ailəlidir, 2 övladı var.
Oxşar xəbərlər
Sahib Məmmədov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına yeni sədr seçilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İki il əvvəl Laçında itkin düşmüş hərbçi Fərid Məmmədov Quzanlı Şəhidlər xiyabanında dəfn edilib - FOTO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvan MSK sədrinin istefası qəbul olunub, seçkiyə gedir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabirabadda 34 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
İki il əvvəl Laçında itkin düşmüş hərbçi ilə Ağdamda vida mərasimi keçirilir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












