Polis Akademiyasına 500 nəfər kursant qəbul edilib
sizinxeber.az xəbər saytı

Polis Akademiyasına 500 nəfər kursant qəbul edilib


Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasına 2024-cü il üzrə qəbul marafonu yekunlaşıb.

DİN-in Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, Polis Akademiyası 2024-2025-ci il üçün 500 nəfər kursantı qəbul edib.

Daxili işlər orqanlarında təhsilə və xidmətə yararlılığı nəzərə alınaraq seçilən 2250 namizəddən 500 nəfər Akademiyanın “Hüquqşünaslıq” ixtisasına qəbul olub.

Keçid balı 451,9 olub ki, bu da ötən tədris ili ilə müqayisədə tələbə qəbulunun 200 nəfər artırılmasına baxmayaraq keçid balı 12,6 bal yüksəlib. Ən yüksək nəticə 665,7 bal olub, abituriyentlərdən 50 nəfəri 600-dən (ötən illə müqayisədə 36 nəfər çox) yuxarı bal toplayıb.

Hazırda bütün kursantlar Akademiyaya dəvət olunub və tədris başlayana qədər onların hazırlıq mərhələsinə başlanılıb.

Oxşar xəbərlər

Polis Akademiyasına qəbul elan edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İyulun 14-də keçirilmiş qəbul imtahanında 6 nəfərin nəticəsi ləğv edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
MÜTDA: 71 minə yaxın uşaq məktəbəhazırlıq qrupuna qəbul edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qarabağ Universitetində tələbə qəbulu üçün bəzi ixtisaslar üzrə plan yerləri yüz faiz dolub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər