Səhiyyə Nazirliyi əhalini infeksion xəstəliklərdən qorunmağa çağırıb
Hazırda əhali arasında arabir hərarətin yüksəlməsi, ümumi zəiflik, baş və əzələ ağrıları, yuxarı tənəffüs yollarının zədələnməsi əlamətləri olan öskürək, boğaz ağrısı, burun axması və ya tutulması kimi, bəzən isə ürəkbulanma, qusma, qarın işləməsi kimi hallar müşahidə edilir
"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, bunlara səbəb əsasən müxtəlif virus və bakterial infeksiyalardır:
"Hər il isti aylarda kəskin respirator virus infeksiyalarından paraqrip, adenovirus infeksiyaları mühitdə dövr etdiyindən, hazırda da bu tip xəstəliklər qeydə alınır. Hətta isti aylarda bəzən yoluxma saylarında artımlar da müşahidə olunur. Adenoviruslar təkcə tənəffüs yollarını deyil, mədə-bağırsaq sistemini də zədələyə bilir. Eyni zamanda, hər iki sistemin zədələnmə əlamətləri ilə müşayiət olunan və isti dövrlərdə rast gəlinən rotavirus, hava-damcı və təmas ilə daha çox yayılan enteroviruslarıdır".
Ekspert bildirib ki, bu cür infeksiyaların isti aylarda yayılmasının müxtəlif səbəbləri var:
"Bunlara həddən artıq isti havanın immunitetə mənfi təsir göstərməsi, yuxarı tənəffüs yollarının quruması nəticəsində infeksiyalara müqavimətin azalması, kondisionerlərin istifadəsi zamanı açıq hava ilə müqayisədə yaşayış və iş yerlərində kəskin temperatur fərqinin olması, otaqların qapalı saxlanması, yay məzuniyyəti ilə əlaqədar əhalinin müxtəlif kütləvi istirahət tədbirləri, çimərlik mövsümünü və s. aid etmək olar".
T.Eyvazov, həmçinin qeyd edib ki, bu infeksiyalar əsasən yüngül və fəsadsız keçir:
"Özümüzü qorumaq üçün xəstəlik əlamətləri olan şəxslərlə yaxın təmasdan çəkinməli, gigiyena qaydalarına əməl etməliyik. Unutmayaq ki, yay aylarında rast gəlinən günvurmanın əlamətləri də bu xəstəliklərlə oxşar ola bilər. Yuxarıda qeyd edilən əlamətləri özündə hiss edən insanlara vaxtında həkimə müraciət etmək tövsiyə olunur".
Oxşar xəbərlər
SN: Əhali arasında qeydə alınan infeksion xəstəliklərə səbəb virus və bakteriyalardır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
-
Paşinyan Ermənistan-Türkiyə dəmir yolunun ən qısa müddətdə açılmasına ümid edir
-
İranda partlayışlar qeydə alınıb
-
DİN: 5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edilib
-
Yanvar-may aylarında DSMF-nin xərcləri 3 milyard 440 milyon manat olub
-
“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda ictimai müzakirə keçirilib
