Gömrük Komitəsi: Meymunçiçəyi virusuna qarşı gücləndirilmiş tədbirlər həyata keçirilir
Hava limanları və digər dövlət sərhədindən buraxılış məntəqələrində meymunçiçəyi virusunun ölkə sərhədindən sirayət etməsinin qarşısının alınması istiqamətində Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən bir sıra tədbirlər həyata keçirilir.
Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Dövlət Gömrük Komisindən bildirilib.
"Ümumdünya Səhiyyə Təşkilatının məlumatları əsasında meymunçiçəyinə görə riskli ölkələr müəyyən edilib və həmin ölkələrdən daxil olan sərnişinlərə xüsusi diqqət yetirilir. Mütəmadi olaraq DGK-nın Tibbi Xidmət İdarəsi tərəfindən dövlət sərhədindən buraxılış məntəqələrində gömrük əməkdaşlarına xüsusi təhlükəli infeksiyalara dair maarifləndirici təlimlər keçirilir və son dövrlərdə daha çox meymunçiçəyinin klinik əlamətləri, yoluxma yolları və profilaktikasına xüsusi diqqət yetirilir.
Hava limanları və digər dövlət sərhədindən buraxılış məntəqələrində hərarəti yüksək olan sərnişinlərin aşkar edilməsi üçün mövcud texniki imkanlardan istifadə olunur. Xəstəliyə şübhəlilərin ilkin tibbi baxışının keçirilməsi və epidemioloji sorğunun aparılması ilə əlaqədar hazırlıq səviyyəsi artılırılıb. Xəstəliyə şübhəli şəxslər aşkar edilərsə növbəti addımlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və müvafiq qurumlarla birgə “Azərbaycan Respublikasının gömrük-sərhəd buraxılış məntəqələrində xüsusi təhlükəli infeksiyalara qarşı əks-epidemik tədbirlərə dair Təlimat”a əsasən həyata keçiriləcək"- məlumatda qeyd edilir.
Oxşar xəbərlər
Azərbaycanda meymunçiçəyinə yoluxma qeydə alınmayıb - RƏSMİ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il 72 üçəm, 4 dördəm doğulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Blinken həmkarına Çinin Rusiyaya verdiyi hərbi dəstəyə görə narahatlığını bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səbaildə açıq sahə yanır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Komitəsi digər yaşayış məntəqələrinə köçürülmələrini istəyən köçkünlərlə bağlı məsələyə münasibət bildirib - EKSKLÜZİV [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












