Sizinxeber.az » Mədəniyyət » İncəsənət » Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirilib - FOTO

Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirilib - FOTO

Nizami Kino Mərkəzində Baku TV-nin istehsal etdiyi “Söz” qısametrajlı sənədli filminin təqdimat mərasimi keçirilib.

Sizinxeber.az xəbər verir ki, tədbirdə dövlət və özəl qurumların, eləcə də ictimai sektorun nümayəndələri iştirak ediblər.

Film 44 günlük Vətən müharibəsinə həsr olunub. Ekran işində Baku TV-nin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Ələkbərin həyat hekayəsini təsvir edir.

Qeyd edək ki, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə film rus və ingilis dillərində təqdim olunur.

“Söz” beynəlxalq uğurlar da qazanıb. Belə ki, film Los-Ancelesdə keçirilən və hər il minlərlə filmin təqdim olunduğu “Accolade Global Film Competition”da mükafat qazanıb. Ekran əsəri, həmçinin “Roma Prisma Film Awards” yarışmasının finalçısı olub.

Xatırladaq ki, IMDB tərəfindən təsdiqlənən “Accolade Global Film Competition” dünyanın ən nüfuzlu 25 film festivalından biridir. 21 illik tarixində festivalda dünyanın məhur aktyorları, prodüserləri, rejissorları və ssenaristləri mükafatlandırıblar. Mükafatçılar arasında Ridli Skott, Maykl Duqlas, Killian Merfi və Erik Roberts kimi məşhur şəxslər var.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !