“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olunub - FOTO
- 3-07-2025, 11:00
- Mədəniyyət / Mədəniyyət siyasəti
- 0
- 6 127
Sosial Tədqiqatlar Mərkəzində (STM) milli mədəni irsin qorunması və dünyaya tanıdılması istiqamətində daha bir vacib tədbir keçirilib.
APA xəbər verir ki, Azərbaycanın qədim və zəngin kulinariya ənənələrini əks etdirən “İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri ictimaiyyətə təqdim olunub.
STM İdarə Heyətinin sədri Zahid Oruc çıxışında bildirib ki, kitab həm tariximizin, həm də mədəni irsimizin qorunması baxımından mühüm vəsaitdir:
“Azərbaycan mətbəxi milli kimliyimizin daşıyıcısıdır. Kitab vasitəsilə biz təkcə bir regionun yeməklərini deyil, həm də unudulmaqda olan tarixi-mədəni yaddaşı yenidən gündəmə gətiririk. İrəvan xanlığının mətbəxi eyni zamanda Azərbaycanın min illərlə yaşadığı tarixi yurdun mənəvi-mədəni xəritəsinin bərpasına xidmət edir”.
Kitabın müəlliflərindən biri, tanınmış kulinariya eksperti Tahir Əmiraslanov təqdimat zamanı vurğulayıb ki, “İrəvan xanlığının mətbəxi” yalnız reseptlər toplusu deyil, həm də dərin tarixi-etnoqrafik tədqiqat əsəridir:
“Kitabda 413 yemək və içkinin resepti, onların hazırlanma texnologiyası, istifadə olunan məhsullar və alətlər ətraflı təsvir olunub. Biz arxivlərdə araşdırmalar aparmışıq, yaşlı nəsillə müsahibələr etmişik. Məqsədimiz saxtalaşdırılan tarixi düzgün göstərmək və Azərbaycan mətbəxinin zənginliyini dünya ictimaiyyətinə çatdırmaqdır.”
Kitabın layihə rəhbəri Qivami Rəhimli isə qeyd edib ki, əsər yalnız mətbəx haqqında məlumat verməklə kifayətlənmir, həm də milli mədəni yaddaşı, regionun sosial və tarixi kontekstini oxucuya təqdim edir:
“Biz bu kitab vasitəsilə İrəvan xanlığının gündəlik həyatını, məişətini, təsərrüfat sistemini və mədəni reflekslərini oxucuya çatdırmağa çalışmışıq. Bu həm də Azərbaycanın qədim dövlətçilik tarixinin bir parçasının süfrə üzərindən təqdim olunmasıdır.”
Təqdimatda tanınmış ictimai xadimlər, mədəniyyət tədqiqatçıları və akademik dairələrin nümayəndələri də iştirak edərək fikirlərini bölüşüblər. Çıxışlarda vurğulanıb ki, bu cür nəşrlər təkcə mədəni irsin deyil, həm də tarixi həqiqətlərin qorunmasında mühüm rol oynayır.
Qeyd olunub ki, kitabın ingilis dilində nəşri beynəlxalq elmi dairələr üçün yeni tədqiqat imkanları açır. İştirakçılar bu təşəbbüsü milli ideologiyanın və mədəni diplomatiyanın təzahürü kimi qiymətləndiriblər. Eyni zamanda, vurğulanıb ki, mətbəx mədəniyyəti üzərindən tarix yazmaq müasir mədəni təhlükəsizlik strategiyasının bir hissəsidir.
Kitabın hazırlanması zamanı tədqiqatçılar İrəvan bölgəsindən deportasiya olunan soydaşlarımızın ailə yaddaşına əsaslanan məlumatlardan, arxiv sənədlərindən və müxtəlif tarixi qaynaqlardan istifadə ediblər. Tədbir iştirakçıları qeyd ediblər ki, bu nəşr, Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliğində yeni bir mərhələ açacaq.


width="220" alt="Zahid Oruc: “İrəvan xanlığının mətbəxi” kitabı mədəni sərvətlərin pasportudur" />
width="220" alt="Assosiasiya rəhbəri: “İrəvan xanlığının mətbəxi” kitabında 413 yemək haqqında məlumat verilib" />
width="220" alt="Qivami Rəhimli: Ermənilərin mənimsədiyi "abidələrimizdən" biri də mətbəximizdir" />
width="220" alt="BP Azərbaycanın ölkə kimi yaranışına həsr olunmuş iki kitabı ictimaiyyətə təqdim edib - FOTO" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />