NİİM velosiped və skuter idarə edənlərə müraciət edib
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi velosiped və skuter idarə edənlərə müraciət edib.
İdarədən Sizinxeber.az-ya verilən xəbərə görə, müraciətdə deyilir:
"Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqliyyat vasitələrinə, piyada keçidlərindən istifadə edən piyadalara təhlükəli vəziyyət yaradan belə şəxslərin törətdiyi qayda pozuntuları müşahidə kameraları tərəfindən qeydə alınır.
Qanunvericiliyin tələblərinə əsasən velosipedçilər xüsusi velosiped zolaqları ilə, bunlar olmadıqda yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə mümkün qədər sağ tərəfdə hərəkət etməli və texniki cəhətdən saz və lazımınca təchiz olunmuş velosipeddən, həmçinin təhlükəsizlik dəbilqələrindən istifadə etməlidirlər. Onlar da yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməli, yolayrıcından kənarda yolun velosiped yolu ilə nizamlanmayan kəsişməsində bu yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər.
Skuter (kiçik elektrik nəqliyyat vasitələrini) idarə edənlər isə park və həyət ərazilərində, yaşayış zonalarında, velosiped yollarında, habelə ümumi istifadədə olan avtomobil yollarında yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, yolun sağ kənar zolağı ilə hərəkət etməlidirlər. Yolayrıcından kənarda yolun velosiped yolu ilə nizamlanmayan kəsişməsində kiçik elektrik nəqliyyat vasitələrinin sürücüləri bu yolla hərəkət edən nəqliyyat vasitələrinə, ümumilikdə isə piyadalara yol verməlidirlər.
Sürücülərimiz unutmamalıdır ki, törədilən hər bir qayda pozuntusu yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb ola bilər".
Oxşar xəbərlər
Azərbaycana velosiped və skuter ehtiyat hissələrinin idxalı 2028-ci ilə qədər gömrük rüsumundan azad edilib
DYP velosipedçilərə müraciət edib
Bu ilin 10 ayında 10 velosipedçi yol qəzasında ölüb
Avtomobillə velosiped yollarında hərəkət edənlər və dayananlar 100 manat cərimələnəcək
Yusif Səfərov küçəsində velosiped zolaqları salınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













