NİİM: Motosiklet, moped, skuterlərin səbəb olduğu qəzalarda xəsarət və ölüm halları çoxdur - VİDEO
sizinxeber.az xəbər saytı

NİİM: Motosiklet, moped, skuterlərin səbəb olduğu qəzalarda xəsarət və ölüm halları çoxdur - VİDEO


Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi motosiklet, moped sürücülərinə müraciət edib.

NİİM-dən Sizinxeber.az-ya verilən məlumata görə, müraciətdə deyilir ki, motosiklet, moped, skuter, həmçinin velosiped kimi nəqliyyat vasitələrinin səbəb olduğu yol-nəqliyyat hadisələrində ağır xəsarət və ölüm halları daha çox olur: "Sürücülər anlamalıdır ki, qəza baş verdikdən sonra gələn zamanı geri qaytarmaq istəyi heç vaxt reallaşmayacaq. Amma baş verən hadisələrdən nəticə çıxarıb nəqliyyat vasitəsini qaydalar çərçivəsində idarə edərək, ara məsafəsini gözləyərək, sürət həddini aşmayaraq, svetoforun qadağanedici nişanında keçməyərək, təhlükəli manevrlər etməyərək qəzalardan yayınmaq mümkündür.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində bu cür nəqliyyat vasitələrinin sürücülərinə qarşı davam etdirilən profilaktik tədbirlər zamanı hər bir qayda pozuntusunun müxtəlif ağır nəticələrə səbəb ola bilməsi diqqətə çatdırılır. Onlara real qəza videoları izlədilməklə hadisələrin baş vermə səbəbləri daha aydın göstərilir.

İkitəkərli nəqliyyat sürücülərinə bir daha müraciət edirik ki, ağır faciələrə səbəb olmamaq üçün yola çıxarkən bütün hərəkət iştirakçılarının hüquqlarına hörmətlə yanaşmaq, qaydalara riayət etmək lazımdır".

Oxşar xəbərlər

NİİM: 6 ayda moped və motosiklet sürücülərinin təqsirindən 4 nəfər ölüb, 16 nəfər xəsarət alıb - VİDEO
NİİM moped və motosiklet sürücülərinə müraciət edib
Bakıda moped piyadanı vurub - VİDEO
Bakıda moped piyadanı vurub
Svetoforun qırmızı işığından keçən motosiklet qəzaya səbəb olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle