AQTİ rəsmisi: Azərbaycanda qida zəhərlənmələrinin 75 %-i məişət zəminində baş verir
sizinxeber.az xəbər saytı

AQTİ rəsmisi: Azərbaycanda qida zəhərlənmələrinin 75 %-i məişət zəminində baş verir


Son illərin statistik təhlilinə əsasən, Azərbaycanda qida zəhərlənmələrinin 75 %-i məişət zəminində baş verir.

"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Maarifləndirmə sektorunun müdiri Aynur Heydərova deyib.

Onun sözlərinə görə, qida zəhərlənmələri bakteriyalar və ya onların toksinləri, viruslar, parazitlər və ya kimyəvi maddələr ilə yoluxmuş qida və suyun qəbulunun səbəb olduğu xəstəliklərdir.

"Qida zəhərlənmələri bütün fəsillərdə baş verə bilər. Lakin yazda və yayda havanın isti olması ilə əlaqədar bu hallara daha tez-tez rast gəlinir. Qida məhsullarında bakteriyalar 5°C-60°C temperatur aralığında çoxalıb yayılır. Ona görə də bu interval “təhlükəli zona” adlandırılır. Bu səbəbdən ilin isti vaxtlarında, bəzi qida məhsullarına daha diqqətlə yanaşılmalı, qidalar xüsusiyyətlərindən asılı olaraq düzgün rejimdə saxlanılmalıdır. Qida mənşəli xəstəliklərə hər kəs yoluxa bilər, ancaq bəzi insanlar bu xəstəliklərə daha həssasdır. Bunlara uşaqlar, hamilə qadınlar, yaşlılar və immun sistemi zəif olanlar aiddir", - mütəxəssis qeyd edib.

O əlavə edib ki, qida vasitəsilə yayılan xəstəliklərin insana keçməsinin qarşını almaq üçün aşağıda qeyd edilən tövsiyələrə əməl etmək lazımdır:

- Son istifadə müddəti keçmiş, qoxusu və rəngi dəyişmiş, kiflənmiş qidaları qəbul etməmək. Aşkar dağılma, çürümə əlamətləri olan qidaları qəbul etməmək,
- Pasterilizasiya (qaynadılmamış) edilməmiş süd və süd məhsullarından istifadə etməmək,
- Qutusu zərər görmüş və ya qapağı boşalmış, qabı şişmiş konserv məhsullarını istifadə etməmək,
- Meyvə və tərəvəzləri axar su altında yaxşı yuduqdan sonra istifadə etmək,
- Ət, toyuq, balıq, süd məhsulları kimi tez xarab olan məhsulları uyğun müddətdə və temperaturda bişirmək,
- Yeməklərinizi günlük olaraq hazırlamaq. Artıq qalmış yeməkləri isə bir dəfədən artıq isitməmək,
- Yeməkləri hazırlayarkən, bişirərkən və süfrəyə təqdim edərkən şəxsi gigiyena qaydalarına riayət etmək və əlləri yaxşıca yumaq.

Oxşar xəbərlər

Bu il qida zəhərlənmələri ilə bağlı AQTA-ya 238 müraciət daxil olub
Qida məhsulları laboratoriyada necə analiz olunur? - "Qida Gözətçisi"
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu auditor seçir
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu auditor seçib
NK-dan qida və yem məhsulları ilə bağlı qərar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər