Bir qrup işəgötürənə “DOST Müfəttiş” layihəsi təqdim olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlət və özəl sektora aid daha bir qrup işəgötürən üçün Nazirliyin “DOST Müfəttiş” layihəsinə dair təqdimat olub.
"Report" xəbər verir ki, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndələrin də iştirakı ilə keçən görüşdə layihəyə qoşulmaq üçün müraciət etmiş dövlət və özəl qurumların nümayəndələrinə layihə haqqında geniş təqdimat edilib.
Bildirilib ki, layihə ölkədə fəaliyyət göstərən müəssisələrdə əmək münasibətlərinin tənzimlənməsi, müəssisələrin mütərəqqi fəaliyyətinə dəstək olmaq və korporativ mühiti inkişaf etdirmək məqsədi ilə tətbiq edilir.
Layihə çərçivəsində müəssisələrdə inzibati məsuliyyət risklərinin azaldılması, əmək qanunvericiliyinə əməl edilməsi istiqamətində preventiv tədbirlərin tətbiqi, əməyin mühafizəsi üzrə fəaliyyətin düzgün təşkili, insan resursları proseslərinin optimallaşdırılmasına və “Əmək və Məşğulluq” altsisteminin tətbiqi ilə bağlı texniki məsələlərdə dəstək göstərilir.
Görüşdə layihənin müəssisələrdə tətbiqi haqqında geniş müzakirə aparılıb. Görüşün sonunda qurumlara layihə planı təqdim edilib.
Oxşar xəbərlər
Xidmət rəisi: İlin sonuna qədər əməyin mühafizəsi sahəsində 100-ə yaxın standart qəbul ediləcək
Azərbaycan və Türkiyə arasında pensiya təminatı sahəsində yeni sənəd hazırlanır
Əmək qanunvericiliyinə edilmiş dəyişikliklər müzakirə olunub
Xocalıda işçiləri müqaviləsiz işlədən şirkət və rəhbəri cərimələnib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
