Əmək qanunvericiliyinə edilmiş dəyişikliklər müzakirə olunub
“DOST Müfəttiş layihəsi, ƏMAS və əmək qanunvericiliyinə edilmiş dəyişikliklər” mövzusunda tədbir keçirilib.
"Sizinxeber.az" xəbər verir ki, tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin, Nazirliyin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın və Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı, Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstəyi ilə keçirilib.
Layihənin məqsədi iş yerlərində əmək qanunvericiliyinin düzgün şəkildə tətbiqində, əmək münasibətlərinin qanunvericiliyə uyğun qurulmasında işəgötürənlərə dəstək olmaqdır. Layihə həmçinin müəssisələrə əmək qanunvericiliyinin tələblərinin tətbiqi vəziyyətini qiymətləndirməyə, əməyin mühafizəsinin standartlara uyğun təşkilinə yardım edir.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzinin İdarə Heyətinin sədri İlham Həsənov qeyd edib ki, artıq iki müəssisədə bu layihə uğurla həyata keçirilib.
Tədbirdə “DOST Müfəttiş” layhəsi, Əmək və Məşğulluq Altsisteminə (ƏMAS) əlavə edilmiş son funksionallıqlar, əmək qanunvericiliyinə edilmiş son dəyişikliklər və digər mövzulara dair təqdimatlar nümayiş etdirilib.
100-ə yaxın işəgötürən və nümayəndələrinin iştirakı ilə keçirilən interaktiv tədbirdə onları maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb.
Foto: Samirə Həsənova
Oxşar xəbərlər
Ölkə üzrə kadr resurslarının vahid elektron bazası ƏMAS-da toplanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanla Özbəkistan arasında sosial sahədə əməkdaşlıq məsələləri müzakirə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu ilin altı ayında 84 min manata yaxın gecikdirilmiş sosial ödənişlərin işçilərə ödənilməsi təmin edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda əmək müqavilələri elektron qaydada bağlanacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Rusiya nümayəndə heyəti ilə görüş olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












