Xidmət rəisi: İlin sonuna qədər əməyin mühafizəsi sahəsində 100-ə yaxın standart qəbul ediləcək
Bir ay müddətində 500 minə qədər əmək müqaviləsi elektron qaydada imzalanıb.
"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev Grand HR sammitində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, artıq kağız daşıyıcılara ehtiyac yoxdur, əmək müqaviləsi ƏMAS-da əmək münasibətlərinin hər iki tərəfinin gücləndirilmiş elektron imzası vasitəsilə elektron sənəd formasında imzalandıqda hüquqi qüvvəyə minir: "Sistemdə istənilən növ əmək müqaviləsinin bağlanması, dəyişiklik edilməsi, müvafiq əmrlərin verilməsi üçün interfeys yaradılıb. Bəzi əmrlər məcburidir, bəzi əmrlərin isə elektron uçotu aparılmalıdır”.
V.Quliyev qeyd edib ki, son illər sosial sahədə aparılan ardıcıl və genişmiqyaslı islahatlarla dövlət sosial xidmətlərinin rəqəmsal infrastrukturu da qurularaq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətlərinin 90 faizindən çoxu elektronlaşdırılıb: "50-dən çox proaktiv xidmət, ölkənin sosial reyestri olan e-sosial portalı, əmək münasibətləri və məşğulluq üzrə vahid rəqəmsal platforma olan “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) yaradılıb. Əmək kitabçaları da artıq tarixə qovuşur. İşəgötürən istənilən informasiyanı data bazadan, ƏMAS (Əmək və Məşğulluq altsistemi) vasitəsilə əldə edə bilər”.
Xidmət rəisi əlavə edib ki, qurumun apardığı araşdırmaların 70 faizi DOST mərkəzlərində, 10 faizi isə elektron qaydada həyata keçirilir: "Əməyin mühafizəsi xidməti ilə birlikdə böyük layihələrimiz var. Ən vacib işlər isə azad olunan ərazilərdə həyata keçirilir".
O vurğulayıb ki, bu gün ölkədə nümunəvi əməyin mühafizəsi standartlarını tətbiq edən bir sıra şirkətlər var: "Əməyin mühafizəsi sahəsində milli standartlar üzrə artıq bir standart qəbul olunub və ilin sonuna qədər 100-ə yaxın standartın da qəbulu nəzərdə tutulub".
Oxşar xəbərlər
ƏMAS platformasında e-qaydada artıq 270 mindən çox əmək müqaviləsi imzalanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda əmək müqavilələri elektron qaydada bağlanacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
ƏMAS platformasında e-qaydada 270 mindən çox əmək müqaviləsi imzalanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şirkətlərin işçilərin əmək müqaviləsini hansı qaydada ləğv edəcəyi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ölkə üzrə kadr resurslarının vahid elektron bazası ƏMAS-da toplanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












