Siyavuş Novruzov: Bank kartlarından pul vəsaitinin mənimsənilməsi ilə bağlı nəzarət gücləndirilməlidir
Vətəndaşların bank kartlarından pul vəsaitinin mənimsənilməsi ilə bağlı nəzarət gücləndirilməlidir.
“Sizinxeber.az” xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov VII çağırış parlamentin payız sessiyası üzrə sentyabrın 30-da keçirilən ilk plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bununla bağlı Cinayət Məcəlləsində müvafiq maddə daha da sərtləşdirilməlidir: "Pensiya və əməkhaqqını mənimsəməyin qarşısı qəti şəkildə alınmalıdır".
S.Novruzov, həmçinin əlavə edib ki, müəllimlərin də hüquqları müdafiə olunmalıdır: “Hərə əlinə bir telefon götürüb müəllimi çəkir. Müəllim şagirdə söz deyəndə valideynin onun üstünə hücum çəkməsi, müəllimin cəzalandırılması halları olmamalıdır. Onlar xalqın övladlarına dərs verir, öyrədirlər. Ola bilər ki, müəllim hansısa ifadəni düz işlətmir, amma onun hüquqları müdafiə olunmalıdır”.
Oxşar xəbərlər
Siyavuş Novruzov: Bir sözə görə müəllimlərin üzərinə düşülməsi, işdən çıxarılması düzgün deyil
VII çağırış Milli Məclisin komitələri formalaşdırılıb
Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
