Siyavuş Novruzov: Bir sözə görə müəllimlərin üzərinə düşülməsi, işdən çıxarılması düzgün deyil
Bələdiyyə üzvlüyünə namizədlə prezidentliyə namizəddən eyni sənədlərin tələb edilməsi düzgün deyil, bununla bağlı Seçki Məcəlləsinə dəyişikliklər edilməlidir.
APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.
Siyavuş Novruzov vətəndaşların kartından pulların çıxarılması hallarının yayılmasına diqqət çəkib: “Texnologiyalardan istifadə edərək vətəndaşların pensiyalarının, pullarının bank kartalarından mənimsənilməsi narazılıq yaradır. Bunun qarşısı alınmalıdır. Vətəndaş banka etibar edir, kartından pul çıxarılır”.
O, bir söz, ifadə işlədən müəllimlərin üzərinə düşülməsini, işdən çıxarılmasını da düzgün saymayıb.
Oxşar xəbərlər
Naxçıvan ƏƏSMN-in bir qrup əməkdaşı işdən azad olunub
Milli Məclisə seçkilərlə əlaqədar seçki bülletenlərinin çapına başlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
