Bahar Muradova: Qadının iqtisadi müstəqilliyi olmadan sosial və ictimai müstəqilliyi mümkün deyil
Qadının iqtisadi müstəqilliyi olmadan sosial və ictimai müstəqilliyi mümkün deyil.
"Report"un Laçına ezam olunmuş xəbər verir ki, bunu Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Laçında ilk dəfədir keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Qadınlar Forumunda deyib.
Onun sözlərinə görə, qadınların iqtisadi imkanlarının artırılması və sosial rifahının təmin olunması cəmiyyətin ümumi inkişaf səviyyəsinin göstəricisidir:
"Biz inanırıq ki, qadının iqtisadi müstəqilliyi olmadan onun sosial və siyasi güclənməsindən danışmaq mümkün deyil. Odur ki, Azərbaycan daim bu sahədə mühüm təşəbbüslərlə çıxış edir və müsbət təcrübəsini də paylaşmağa hazırdır".
B.Muradova bildirib ki, Azərbaycanda qadın sahibkarlığının inkişafı üçün güzəştli maliyyə alətləri, bacarıqların artırılması proqramları, kənd yerlərində qadın əməkdaşlığını gücləndirən kooperativ modellər geniş vüsət alıb:
"Eyni zamanda, qadınların təhsilə çıxışı və elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində də ölkəmiz ciddi nəticələr əldə edib. Gənc qadın alimlərimiz, təşəbbüskar sahibkarlarımız, müəllim və mühəndislərimiz cəmiyyətin lokomotivinə çevrilməkdədir. Laçın da daxil olmaqla işğaldan azad edilmiş ərazilərimizdə qadınların bilavasitə iştirakı ilə reallaşan sosial-iqtisadi layihələr bu siyasətin praktik nəticəsidir".
Oxşar xəbərlər
Bahar Muradova ŞƏT-in Qadınlar Forumunda iştirak edir
Komitə sədri: Azərbaycan ECO müstəvisində də qadınların dayanıqlı inkişafı üçün əməkdaşlığın tərəfdarıdır
Bahar Muradova: Din xadimləri erkən və qohum nikahına dair məlumatlandırmada geniş iştirak etməlidir
Bahar Muradova: "Ailə Konsepsiyası"nın hazırlanmasına başlanılıb
Bahar Muradova: Azərbaycanda ibtidai təhsil alan qadınların göstəricisi 98 faiz təşkil edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












