OPEC qlobal neft tələbatı üzrə proqnozunu daha da azaldıb
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024-2025-ci il üçün ortalama gündəlik qlobal neft tələbatı üzrə proqnozunu azaldıb.
Bu barədə "APA-Economics" OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
Proqnoza əsasən, gələn il qeyd olunan göstəricinin 105,78 mln. barel olacağı proqnozaşdırılır (öncəki proqnoz – 105,99 mln. barel), bu da 2024-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 1,64 mln. barel çoxdur.
OPEC bu il üçün qlobal neft tələbatının 104,14 mln. barel (öncəki proqnoz – 104,24 mln. barel) səviyyəsində olacağını proqnozlaşdırır, bu da 2023-cü ilin göstəricisi ilə müqayisədə 1,93 mln. barel artım deməkdir.
Hesabata əsasən, ötən il qlobal gündəlik neft tələbatı 102,21 mln. barel səviyyəsində olub, bu da illik müqayisədə 2,55 mln. barel artım deməkdir.
Qeyd edək ki, OPEC məlumatlarına əsasən, 2022-ci ildə qlobal gündəlik neft tələbatı 99,66 mln. barel səviyyəsində olub. Belə ki, 2022-ci ildə neft tələbatının artım tempi 2,74 mln. barel təşkil edib.
Oxşar xəbərlər
OPEC qlobal neft tələbatı üzrə proqnozunu azaldıb
“OPEC+”a daxil olmayan ölkələrdə neft hasilatı üzrə proqnoz açıqlanıb
“OPEC+” ölkələrində gələn il neft hasilatının artım tempi yavaşlayacaq - PROQNOZ
Dünyada neft hasilatının artım tempi gələn il sürətlənəcək - PROQNOZ
Beynəlxalq Enerji Agentliyi qlobal neft tələbatı üzrə proqnozunu endirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
