Avropanın anbarlarında qazın həcmi 38 mlrd. kubmetri ötüb
Avropa İttifaqı ölkələrində yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi üç ildən artıq müddətdə ilk dəfə olaraq 35%-ə yaxın olub.
Bu barədə “APA-Economics” Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasına (Gas Infrastructure Europe, GIE) istinadən xəbər verir.
Məlumata görə, Aİ ölkələrində anbarların dolumluluq səviyyəsi 34,96% təşkil edir, bu da son beş il ərzində bu tarix üçün orta göstəricidən 10,63 faiz bəndi azdır.
Qeyd olunub ki, Aİ ölkələri istilik mövsümü başlayandan bəri yeraltı anbarlardan 74,5 mlrd. Kubmetrdən artıq qaz çıxarıb. Avropada istilik mövsümü 29 oktyabr 2024-cü ildə başlayıb və cari ilin martin 28-də bitib.
Bildirilib ki, hazırda anbarlardakı qazın ümumi həcmi 38,2 mlrd. kubmetr təşkil edir.
Qeyd edək ki, Avropa Komissiyasının tələblərinə əsasən, Aİ ölkələri təchizatın pozulması və ya anomal soyuq hava şəraiti zamanı qış dövrü üçün ehtiyatların artırılmasını təmin etmək üçün hər il noyabrın 1-dək öz qaz anbarlarının 90% dolmasını təmin etməlidir. Beləliklə, qarşıdan gələn yeraltı anbar doldurma mövsümündə Avropanın xalis qaz vurulması ən azı 61 mlrd. kubmetr təşkil etməlidir. Bu, bir il əvvəlki qazın xalis vurulmasındam demək olar ki, 50% yüksəkdir və tarixdəki ən yüksək göstəricilərdən biridir.
Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
Oxşar xəbərlər
Aİ ölkələrinin yeraltı anbarlarında qazın həcmi 38 mlrd. kubmetrə enib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avropada yeraltı qaz anbarlarının ehtiyatları 40 mlrd. kubmetrdən aşağı enib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ ölkələrinin yeraltı anbarlarında qazın həcmi 34%-dən aşağı enib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ-də qaz anbarlarının dolumluluq səviyyəsi 55%-dən aşağı enib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avropa ölkələrinın istilik mövsümündə anbarlardan çıxardığı qazın həcmi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












